Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ gizli olaraq iki Çin diplomatını ölkədən göndərdi

ABŞ hərbi bazaya qanunsuz girməyə cəhd edən iki Çin diplomatını gizli olaraq ölkədən göndərib.

“The New York Times” xəbər verir ki, belə hadisə son 30 ildə ilk dəfədir ki baş verib.

Diplomatlar hərbi bazanın ərazisinə arvadları ilə birlikdə girməyə çalışıblar. Obyektə giriş zamanı məlum olub ki, səfirlik işçilərinin içəri girmələrinə icazə yoxdur. Buna baxmayaraq çinlilər bazaya daxil olmağa çalışıblar. Onlar saxlanılıb və bazadan çıxarılıb.

ABŞ hakimiyyəti diplomatları təhlükəsizlik sisteminin işini yoxlamaq cəhdində ittiham edib. Çinlilər isə azdıqlarını və ingilis dilini pis bildiklərini bildiriblər.

Hadisə sentyabrda baş versə də bu haqda təzə məlum olub. Tərəflər hadisə barədə mətbuata açıqlama verməməyi qərara alıblar.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »