Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan ABŞ-a İncirlik hərbi bazası ilə bağlı xəbərdarlıq
Rəcəb Tayyib Ərdoğan

Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “A Haber” telekanalının efirində bildirib.

Ərdoğan deyib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə bu hərbi bazanı ABŞ-ın üzünə bağlayacaq.

“İncirlik bazasının bağlanması haqqında qərarı biz verə bilərik. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kürəciyi bağlayacağıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, Kürəcik hərbi bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin hissələri yerləşdirilib. (Oxu.az)

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
››› Koronavirusdan sonrakı gələcək: 10 əsas trend
››› MN: General-mayor Polad Həşimov səngərdə şəhid olub
Son xəbərlər
Bütün xəbərlər »