Fransa Rusiyadan Napoleon Bonapartın yaxın dostu general Gyudenin cəsədinin qalıqlarını qaytarmasını istəyib.
Bu barədə “Le Point” məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron cəsədin qalıqlarının təhvili əməliyyatına başlamağı xahiş edib. O həmçinin bu münasibətlə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mərasim keçirməyi planlaşdırır. Generalın cəsədinin qalıqlarının Parisdə dəfn olunacağı gözlənilir.
Makron bununla Fransa-Rusiya əlaqələrini möhkəmləndirmək istəyir və bu addımı Fransa prezidenti tərəfindən salınmış körpülərdən biri adlandırır.
Qeyd edək ki, Qyudenin cəsədi bu ilin iyul ayında Smolenskdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanıb. (Oxu.az)