Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “S-400”dən imtina etmirik, “Patriot” da ala bilərik

Türkiyə ABŞ-ın “ZRK Patriot” zenit-raket komplekslərini almağa hazırdır.

“Al-Manar” telekanalının məlumatına əsasən, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Doha (Qətər) forumunda çıxışı zamanı bildirib.

“Türkiyə ABŞ-ın əvvəlki kimi müttəfiqimiz olmağına inanır və biz də onların müttəfiqiyik. Heç kim “S-400”ün alınması üzrə Rusiya ilə sazişi ləğv edə bilməz, bu saziş artıq baş tutub. Rusiyanın təklifi daha əlverişli idi. İndi biz Amerikanın “Patriot” sistemlərini almağa hazırıq və ABŞ-dan cavab gözləyirik”, - deyə XİN rəhbəri vurğulayıb.

Çavuşoğlu, həmçinin Türkiyənin Rusiyanın S-400 zenit-raket sistemlərini aldığına görə ona qarşı tətbiq edilmiş istənilən sanksiyalara cavab verəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, dekabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərindən imtina etməyəcəyini bəyan etmişdi və əlavə etmişdi ki, Vaşinqtonun əlverişli təklif irəli sürdüyü təqdirdə, “ZRK Patriot” da ala bilər.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »