Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadənin “Gəncə”də növbəti görüşü keçirildi
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub. Deputatlığa namizədin seçki qərargahından daxil olan xəbərə görə,​ 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşünü yenə də Gəncə Prospektinin sakinləri ilə keçirib. Gəncə prospekti 65 ünvanında yaşayan seçicilər qarşısında çıxış edən namizəd seçicillərin problemlərindən danışıb, onların həlli yollarını ifadə edib.​

Deputatlığa namizəd İ.Ağazadə qeyd edib ki: “Məhəllə problemlərini bilirəm və həlli üçün əlimdən nə gəlirsə, edəcəm. Eyni zamanda ümumölkə problemlərinin, Qarabağımızın işğaldan azad edilməsi üçün bütün varlığımla mübarizə aparacam”.

Sonda İ.Ağazadə sakinləri bir-bir dinləyərək onların suallarını cavablandırdı. Sakinlər isə onu dəstəklədiklərini ifadə edərək seçkidə məhz ona səs verəcəklərini bildiriblər.

Son xəbərlər
Bütün xəbərlər »