Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda etirazçılar 5 qatar və 15 avtobus yandırdılar

Hindistanda "Vətəndaşlıq haqqında" qanunun yeni versiyasının qəbuluna qarşı kütləvi etirazların iştirakçıları Qərbi Benqaliya ştatında 5 dəmiryol qatarını, həmçinin 15 avtobusu yandırıblar.

Bu barədə yerli NDTV telekanalı bildirib.

Qeyd edilir ki, hücuma məruz qalan qatarların və avtobusların sərnişinləri əvvəlcədən nəqliyyat vasitələrindən endiriliblər. NDTV telekanalının məlumatına görə, Murşidabad dairəsində vəziyyət xüsusilə çətinləşib. Burada bəzi dəmiryol stansiyalarının bilet kassaları dağıdılıb, işçi heyət döyülüb.

Etirazçılar avtomobil və dəmir yollarını bağlayırlar. Həmçinin nəqliyyat vasitələrini daşa basır, mağazaları dağıdırlar. Qərbi Benqaliya ştatının hakimiyyət orqanları bildirib ki, talançılara qarşı sərt tədbirlər görüləcək.

Əsas etirazlar qonşu Assam ştatında baş tutub. Burada azı 3 etirazçı Quvaxatidə polislə kütləvi qarışıqlıqlarda və toqquşmalarda həlak olub.(report)

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »