Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini yanğının baş verdiyi əraziyə gəlib

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.

Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.(report)

Son xəbərlər
Bütün xəbərlər »