Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hədə-qorxu gələrək həmyerlisini talayanın başqa cinayətləri də aşkarlanıb

Baki şəhərində yaşayan Cəlilabad sakiki bir neçə cinayət əməli törətməkdə təqsirkar bilinərək saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əvvəllər Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş, 40 yaşlı Teymur Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, odlu silah saxlaması, şantaj və hədə-qorxu ilə pul tələb etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq RPŞ-yə gətirilib.

Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilib, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat zamanı onun paytaxtdakı evində odlu silah saxlaması da müəyyən olunub.

Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirib, oradan “Kalaşnikov” markalı avtomat, içərisində 12 ədəd patron olan daraq aşkar edilib.

Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakini olan bir nəfəri barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif vaxtlarda ondan ümumilikdə 50 min manat pul alması, həmçinin hədə-qorxu yolu ilə zərərçəkmişə məxsus “VAZ-2109” markalı avtomobili zorla alması da məlum olub.

Aşkar olunmuş faktlar üzrə Cəlilabad RPŞ-də araşdırmalar aparılır.

T.Əhmədovun digər cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »