Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana deportasiya olunan blogger istintaq təcridxanasına göndərilib - Foto

Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Elvin İsayev Elvin İsayev

Qeyd edək ki, 39 yaşlı Elvin İsayev xeyli müddət idi bloqer kimi fəaliyyət göstərirdi. O, sosial şəbəkələrdə öz hesablarından Azərbaycan hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslərə qərşı ağır ifadələr işlədən, bəzən təhqirlərə yol verən biri kimi tanınırdı.

E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, 24 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »