Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnterpol"un həbs etdiyi qadın Bakıda mühakimə olunacaq

İnsan alverində təqsirləndirilən Zenfirə Şahbala qızı Beydiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rasim Sadıxovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Şirvan şəhər sakini, 46 yaşlı Z.Beydiyeva 2016-cı ildə "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib. O, bu ilin may ayında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Ona Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.(report)

Son xəbərlər
Bütün xəbərlər »