Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb

MSK növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 9 siyasi partiyanın müraciətinə müsbət cavab verib.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası

İclasda Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).

Son xəbərlər
Bütün xəbərlər »