Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanada tavandan düşən adam həkimi qorxutdu - Video

Trabzon Fatih Dövlət Xəstəxanasında qəribə hadisə baş verib.

Həkim xəstəsinin qohumu ilə danışarkən qəflətən tavan qırılıb və bir nəfər ordan xəstəxananın koridorunda əyləşmiş həkimin qarşısına düşür.

Yoluxucu xəstəliklər həkimi Yunus Ayma həmin anları belə anladıb: "İş saatı bitmişdi, həmin gün mən xəstəxanada növbətçi idim. Bir xəstənin qohumu ilə xəstəlik səbəbi barədə danışırdıq. Tibb bacısı da orada idi. Birdən tavandan səs gəldi və tavan qırıldı. Bu zaman bir nəfər ayaqları üstə yerə düşdü. Biz əvvəl çaşdıq. Sonra mən ondan xəsarət alıb-almadığını soruşdum. O isə heç nə olmadığını dedi və işinə davam etməyə başladı. Sonra mən ondan ayaqlarında ağrı olub-olmadığını soruşdum. Gəl otur müayinə edim dedim . O isə buna ehtiyac olmadığını bildirdi. Onsuz da adam sanki hazırlaşıbmış kimi ayağı üstünə düşmuşdü.

Əvvəl biz onun kim olduğunu bilmədik. Sonradan məlum oldu ki, o xəstəxanaya İnternet xətti çəkmək üçün dama çıxmış bir işçidir".

Həmin anlar xəstəxananın təhlükəsizlik kameralarına düşüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »