Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder başqa milyarderdən yazdı

"Hər bir insanın istədiyini demək haqqı var. Hər bir insanın seçmə haqqı var və kimsə bunlara qarşı gedə bilməz. Demokratiya deyirik və sonra sən danışma, o danışmasın deyib dururuq. Niyə? Fərhadın yazdıqları niyə bu qədər aqressiv qarşılandı ki? Hərçənd bir çox təklifləri konstruktiv və zəruridir".

Bizimyol.info xəbər verir ki, bu sətirləri məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov öz feysbuk hesabında paylaşdığı statusunda yazıb. Türkiyədə yaşayan milyarder Mənsimov Rusiyalı milyarder Fərhad Əhmədovun Azərbaycandakı seçkilərlə və siyasi islahatlarla bağlı təklif etdiyi "yol xəritəsi"nə reaksiyaları şərh edib. Mənsimov yazıb ki, Fərhad Əhmədovun yazdıqlarını oxumaq, orda faydalı olanları nəzərə almaq olar. Onun fikrincə, Fərhad Əhmədova qarşı yazılanlar eyni mərkəzdən təşkil edilib.

Fərhad Əhmədov Fərhad Əhmədov

Mənsimov yazır: "Biri milyardlarından yazır, biri şəxsi məsələyə toxunur? Sizə nə onun pulundan? Bu bir məmur deyil, məmur qohumu deyil. Bu, süni düzəldilmiş milyoner və ya xalqın cibinə girərək varlanan harın da deyil. Bu halal zəhməti ilə pul qazanan və öz vətənində də sərmayəsi olan bir iş adamıdır. Sizə nə onun ailəsində nə baş verir? O bilər, ailəsi bilər. Bunun Fərhadın yazdıqları ilə nə əlaqəsi var?"

Mübariz Mənsimov onun özünün də zaman-zaman manşetlərə daşınaraq vurulduğunu yazır və bunu edənlərin trol ordusu olduğunu deyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »