Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Bizimyol.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol-nəqliyyat hadisəsi baş verib. “KİA” markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb “KİA” markalı minik avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »