Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antarktidada necə və nə qədər pul qazanmaq olar...

Yaxşı iş tapmaq asan deyil. Normal gəlir üçün həm də çox çalışmaq lazımdır. Məsələn, Antarktidada iş variantı var.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Novolazarev stansiyasında sistem inzibatçısı işinə vakansiya yaranıb. Məvacib yüksəkdir. İlk mərhələdə təxminən 1000 dollar verilir, sonradan artırılır. Qidalanma pulsuzdur. İldə 3 ay məzuniyyət var. Orada pul xərcləməyə heç bir ehtiyac duyulmur. 9 ay işləyən adam məzuniyyətə 10 min dollar ilə gələ bilər.

Amma iş asan deyil. Sistem inzibatçısı ilk baxışdan yaxşı səslənir. Halbuki traktoru təmir etməyi də bacarmalısınız.

Antarktidada həyat çox cansıxıcıdır. Siz barmaqla sayılacaq qədər adam görürsünüz. İşə onsuz da kişiləri götürürlər. Onların belə soyuq iqlimdə qadınla qarşılaşmaq şansı isə heç yoxdur. Sistem inzibatçısı ailədən uzaq, qadınsız, dostlarsız yaşamalı olur. Yeganə təsəllisi evə bir avtomobilin pulu ilə gəlməyi olur.

Son xəbərlər
Bütün xəbərlər »