Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin tualetə 6 nəfərlə gedir

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən Ukrayna üzrə sammitdə özünü təhlükəsiz hiss etməyib. Almaniyanın “Bild” nəşri bununla bağlı material hazırlayıb.

Bizimyol.info xəbər verir ki, Putin Parisdə narahat görünürmüş. O, hətta tualetə 6 nəfərin müşayiəti ilə gedib. Rusiya prezidenti sonradan danışıqlar zalında silahlı cangüdənlərlə görünüb. Putin yekəpər cangüdənlərindən birini Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə nümayəndə heyətinin üzvü kimi qeydə aldırıb.

Almaniya kəşfiyyat xidmətinin əməkdaşlarından biri “Bild” nəşrinə bütün bunların yolverilməz olduğunu deyib: “Putin istədiyini edir”.

“Bild” silahlı adamın danışıqlar zalında görünməsini rüsvayçılıq sayır.

Son xəbərlər
Bütün xəbərlər »