Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin ən çox pul qazanan idmançısı açıqlandı

“Forbes” jurnalında ilin ən çox qazanan idmançılarının siyahısı verilib. Siyahıya Lionel Messi başçılıq edir.

Bizimyol.info xəbər verir ki, 2019-cu ildə argentinalı futbolçu qədər qazanan olmayıb. Messi bu il 127 milyon dollar əldə edib.

Ümumiyyətlə, siyahı futbolçuların daha çox qazandığını göstərir. Çünki liderlər qrupunda yer alanlar əsasən bu idman növü ilə məşğul olanlardır.

Messinin əsas rəqibi Kriştiano Ronaldo siyahıda ikinci yerdədir. Portuqaliyalı 109 milyon dollar qazanıb. Neymar ondan bir az geri qalır (105 milyon dollar).

“Forbes” siyahını tərtib edərkən idmançıların məvacibini, mükafatları, bonusları və sponsor müqavilələrini nəzərə alıb.

Son xəbərlər
Bütün xəbərlər »