Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” abunəçilərinin nəzərinə!

Hörmətli abunəçilər, diqqətinizə çatdırmaq istəyirik ki, “Nar” adından istifadə edib bank kartlarından pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb. İstifadəçilər müxtəlif vebsaytlardan oyun səhifəsinə yönləndilir və onlara smartfon uduşu vəd olunur. Bildiririk ki, “Nar” mobil operatorunun 3-cü tərəflərin yaratdığı bu fırıldaqçı saytla heç bir əlaqəsi yoxdur.

Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam xarakterli qoşulmalardan qoruyur. Arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün “Nar”, bu cür xidmətlər göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir.

Abunəçiləri diqqətli olub şəxsi və kart məlumatlarını paylaşmamağa və yalnız Nar-ın rəsmi veb-saytında – https://www.nar.az/və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmağa çağırırıq.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »