Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkeldən sanksiya açıqlaması: "Kifayət deyil"

Ukrayna münaqişəsinin həllində irəliləyiş var, ancaq bu, Rusiyaya qarşı sanksiyaların dayandırılması üçün kifayət deyil.

Bunu Almaniya kansleri Angela Merkel deyib.

“Dünən axşam biz Fransa Prezidenti Emmanuel Makronla “Normand formatı” sammitinin yekunları barədə müzakirə apardıq. İrəliləyişin olduğunu deyə bilərik, lakin bu, sanksiyaların dayandırılması üçün kifayət deyil. Ona görə də biz yekdilliklə onların müddətinin uzadılması qərarına gəldik”, - deyə Merkel bildirib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »