Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Consonu təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Boris Consonu yenidən Böyük Britaniyanın Baş Naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Boris Conson-

Bu barədə Kremlin saytında yazılıb. Rusiyalı lider London və Moskva arasındakı dialoqun inkişafının hər iki ölkənin, o cümlədən Avropa vətəndaşlarının maraqlarına töhfə verəcəyinə əminliyini ifadə edib.

“Sizə hökumət başçısı kimi bu məsuliyyətli fəaliyyətinizdə bol-bol uğurlar, can sağlığı və əmin-amanlıq arzu edirəm”, - deyə Putinin təbrik teleqramında deyilir.

Qeyd edək ki, dünən Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Mühafizəkarlar Partiyası səs çoxluğu əldə ediblər. Bununla da yenidən Baş Nazir seçilən Conson seçicilərinə Milli Səhiyyə Xidmətinə maliyyələşmənin artırılacağını və 2020-ci il yanvarın 31-də ölkənin Avropa İttifaqından çıxacağını vəd edib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »