Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmişəcavan qadın gözəlliyin sirrini açdı - Fotolar, Video

Londonda yaşayan 48 yaşlı Viktoriya Fizerstoun Pirsə bu yaşı vermək olmur. Onu ilk dəfə görənlər gənclik yaşından uzaqlaşdığına inanmırlar.

Bizimyol.info xəbər verir ki, həmişəcavan ingilis qadın “Daily Mail”ə müsahibəsində gözəlliyin sirrindən danışıb. O, 15 il əvvəl veqan olmağı seçdiyinə görə qocalmadığını düşünür. Viktoryiya fikirləşir ki, vaxtında ətdən imtina ona formada qalmağa kömək edib.

Viktoriya Fizerstoun Viktoriya Fizerstoun | Foto: Caters News Agency

“Əslində, 6 yaşımdan ət yemirəm. Amma 33 yaşımda veqan olmuşam. Süd məhsulları haqqında həqiqəti öyrənəndən sonra bu həyat tərzini seçdim. Məncə, qidalanmanın dəyişməsi xarici görünüşümə təsir etdi. Özümü 20 il əvvəlkindən daha sağlam və cazibədar hiss edirəm”, - Fizerstoun Pirs deyib.

Viktoriya Fizerstoun Viktoriya Fizerstoun | Foto: Caters News Agency

İngilis qadın söyləyir ki, heç vaxt tərkibində heyvan mənşəli elementdən hazırlanan kosmetika istifadə etməyib. Botoksa da ehtiyac duymayıb.

Viktoriya Fizerstoun Viktoriya Fizerstoun | Foto: Caters News Agency

Viktoriya özünü model sektorunda da yoxlamağa başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »