Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda suyun içində yaşayan adam – Video

Bu gün səhər saatlarından hava şəraiti kəskinləşib. Belə ki sabah da davam edəcək yağışlı hava şəraiti çətin həyat şəraiti sürən şəxslər üçün ciddi problemə çevrilib.

Bizimyol.info xəbər verir ki, kimsəsiz şəxslərdən biri Xarici İşlər Nazirliyinin yaxınlığında, paytaxtın Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 88 ünvanında qalır.

Sosial şəbəkədə yayılan məlumata görə, evsiz qalan şəxs aylardır küçələrdə gecələməyə məcbur qalıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşayış yeri olmayan şəxslər və baxımsız uşaqlar üçün yeni sosial xidmət müəssisələri fəaliyyət göstərir. Onlardan biri 18 yaşdan yuxarı olan kimsəsiz şəxslər üçün nəzərdə tutulan sığınacaqdır. Bu sığınacağa qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunurlar.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »