Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AST Telmanın qohumu həbs olundu: 230 min dollarlıq “Ferrari” söhbəti

Ölkədən kənarda yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun qohumu məhkəmə qarşısına çıxarılıb. Vüqar Babayev dələduzluqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, AST Telmanın qohumunun Azərbaycanın ən böyük alternativ enerji xidməti təminatçısı sayılan “Alten Group”un icraçı direktoru Elmar Qeybətovu aldatdığı iddia edilir. Bakı Ağır Cinayətlər Məhkəməsində səsləndirilən ittiham aktında Babayevin tanışına 230 min dollara “Ferrari” almağa söz verdiyi, amma vədinə əməl etmədiyi, pulu ələ keçirdiyi yazılıb. Bundan başqa, Vüqar kirayə qaldığı mənzilin əşyalarını satmaqda da ittiham olunur.

Müttəhim məhkəmədə Telman İsmayılovun qohumu olduğunu bildirib. Vüqarın sözlərinə görə, AST Telmanın qardaşı Çingiz onun ana babasıdır.

Babayev özünü qismən təqsirli bilir. Xüsusilə oğurluq ittihamı ilə razılaşmayıb. O, mikrodalğalı sobanın, televizorun və qabyuyan maşının xarab olduğunu, buna görə tullamaq lazım gəldiyini bildirib. Hakim bu yerdə sual verib ki, müttəhim niyə əşyaları ev sahibinə çatdırmayıb? Vüqar buna məntiqli cavab verə bilməyib.

Oxşar ittihamla müttəhimin həyat yoldaşı istintaqa ifadəsində də çıxış edibmiş. Qadın ərinin ev əşyalarını satdığını bildiribmiş.

Babayev Bakıda yaşadığı mənzili satandan sonra kirayənişin həyatı sürməyə məcbur qalıb. Amma lüks avtomobillərə həmişə böyük maraq göstərib. Onun dediyinə görə, ayrı-ayrı vaxtlarda “Maseratti”, “Ferrari”, “Mercedes”, BMW sürüb. Halbuki heç vaxt rəsmi iş yeri olmayıb. Vüqar AST Telmanın qohumu olduğuna görə belə həyat tərzini özünə rəva gördüyünü bildirib.

Qəribədir ki, məhkəmə iclasında Babayevin qohumlarından heç kim iştirak etməyib. O özü yaxınlarının Moskvada yaşadığını söyləyib.

Müttəhim “Ferrari” məsələsinə belə aydınlıq gətirib ki, sənədləşmədə problem olub, buna görə də vədinə əməl edə bilməyib.

Gələn məhkəmə iclasında zərərçəkənlər ifadə verəcək.

Son xəbərlər
Bütün xəbərlər »