Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oktay Gülalıyevə dəstək marafonu keçirilib – Video

Bu gün avtomobillə vurulduqdan sonra ağır vəziyyətdə Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevə dəstək marafonu keçirilir. Saat 11:00-dan başlayan marafon 17:00-a kimi davam edəcək.

Bizimyol.info xəbər verir ki, marafonda mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və siyasətçilər iştirak ediblər.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, marafon Oktay Gülalıyevdən yaxşı xəbərlər almaq üçün vasitə olacaq: “Oktay bəy bizim sıralarımızda öz mübarizəsini davam etdirəcək. Onun gördüyü işlərə müxtəlif səviyyələrdə dəyər verməyə ehtiyac yaranıbdır. Keçirilən marfon da ona verilən dəyərin cüzi bir hissəsidir. Burada etdiklərimizlə düşünmürük ki mövcud olan maliyyə təminatı üçün şərait yaradırıq. Amma mətbuatın, siyasilərin, vətəndaş cəmiyyəti təmsilçilərinin bu marofona qoşulması yaxşı örnəkdir”.

Tanınmış hüquqşünas Namizəd Səfərov vətəndaşları marafonda iştirak etməyə çağırıb: “Oktay bəy olduqca mühüm işlə məşğul idi. O, repressiyalara, işgəncələrə qarşı hərəkatın başında dururdu. İstintaq orqanlarında vətəndaşlara qarşı təzyiqlər olunur və bunun qarşısını almaq lazımdır. Oktay bəy yeganə hüquq müdafiəçisidir ki, heç nədən qorxmada bu missiyanı üzərinə götürmüşdü. Biz də çalışacağıqki onun gördüyü işi ona layiq davam etdirək. Hesab edirəm ki, vətəndaşlar bu təşəbbüsə qoşulub marafonda iştirak etməlidir. Əlimizdən gələni etməliyik”.

Marafonun təşkilatçısı olan Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bildirib ki, marafon kifayət qədər ciddi bir nəticəni ortaya qoyacaq: “Marafon Oktay bəyin sağlamlığının bərpası üçün bəlli miqdarda yardımçı olacaq”.

Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev qeyd edib ki, marafonda iştirak etməyə çağırıb: “Hər kəs özünə mənəv borc bilməlidir ki, Oktay bəyin ayağa qalxaması üçün təkcə duayla deyil, maddi köməyini əsirgəməsin. İnanıram ki belə olacaq. İnanıram ki, qardaşımız çətin durumdan ayılacaq və aramızda olacaq”.

Tofiq Yaqublu deyib ki,bu marafonda Oktay Gülalıyevin sağlamlığının bərpası üçün lazım olacaq məbləğin yığılması bir az çətin görünür: “Amma biz vicdan borcumuzu yerinə yetirməliyik. Mən bilirəm ki, Oktay bəyə dəstək olanlar ancaq bu marafond iştirak edənlər deyil. Əksəriyyətinin imkanı yoxdur. İmkanı olanlar da dəstək olacaqlarına görə cəzalanacaqlarından ehtiyat edib dəstək olmurlar”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »