Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonda cinayət törədən Bakıda yaxalandı

Tərtərdə rayonunda cinayət törədib Bakıda gizlənən şəxs saxlanılıb.

Bizimyol.info DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun odlu silahdan acılan atəşlə yaralanaraq xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və ənun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində olduğu müəyyənləşib.

Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər “Priora” markalı avtomobildə olarkən saxlayıblar.

Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “metanarol” və 11 ədəd “deksanmetazon” həbi aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər cinayət işinin istintaqının aparılması üçün Tərtər RPŞ-yə təhvil veriliblər.

Son xəbərlər
Bütün xəbərlər »