Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq müdafiəçisi: "Balıqçı qayıqları Neft Daşları kimi strateji əhəmiyyətli obyektdə nə qələt edir?"

“Balıqçı qayıqları Neft Daşları kimi strateji əhəmiyyətli obyektdə, estekadaların, neft yığım məntəqələrinin ətrafında nə qələt edir? Onları kim yoxlayır? Bir hadisə törədilsə, kim məsuliyyət daşıyacaq? Bunun üçün kim vəzifədə irəli çəkiləcək?”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı səsləndirib.

“Sualım SOCAR Təhlükəsizlik idarəsinə və əlaqəli qurumlara (DTX,Su polisi,ETSN və s) aiddir. Dəniz obyektlərinə gedən işçiləri Gəmi vağzalında yoxlayırsınız (düz edirsiniz), Gəmidən Neft Daşlarına keçəndə daha ətraflı yoxlayırsınız. O da başa düşüləndir. Amma başa düşülməyən, hələ də qarşısı alınmayan bir müəmma var! Balıqçı qayıqları Neft Daşları kimi strateji əhəmiyyətli obyektdə,estekadaların,neft yığım məntəqələrinin ətrafında nə qələt edir? Onları kim yoxlayır? Bir hadisə törədilsə,kim məsuliyyət daşıyacaq? Bunun üçün kim vəzifədə irəli çəkiləcək?”,- deyə o bildirib.

Mirvari Qəhrəmanlı Mirvari Qəhrəmanlı

Bundan əlavə Mirvari Qəhrəmanlı bildirib ki, 2010-2019-ci illər ərzində, ARƏM 215, 217, 222, 239-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması nəticəsində, 2010-2018-ci illər ərzində, ölkənin neft sektorunda baş vermiş qəzalar nəticəsində 147 nəfər həlak olmuşdur ki, bunun da 119 nəfəri SOCAR işçiləridir. (Bax; nhmt-az.org.İllik hesabatlar).

“Qəzalar əsasən Azneft İB strukturuna daxil olan NQÇİ-də baş verib.Baş vermiş qəzalara görə məsul şəxslər cəzalanmayıb,barələrində cinayət işi qaldırılmayib. Əksinə, daha yüksək vəzifəyə irəli çəkilmişdir. Məs: Azneft İb keçmiş Baş direktoru Daşqın İsgəndərov SOCAR vitse prezidenti, 28 May NQÇİ-nin rəisi Rövşən Qarayev Azneft İB baş mühəndis, N.Nərimanov adına NQÇİ rəisi Xalid Şəfiyev,Qaz anbarları idarəsinə rəis və ordenlə təltif,Neft Daşları NQÇİ rəisi Qoçəli Mahmudova mükafatlandırma və s.

-28 sentyabr, 2011-ci il. ARDNŞ işlədiyi “Günəşli” dəniz yatağının 14-cü platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb.

- 17 avqust, 2013-cü il. Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağında “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib.

- 2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo 203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas olunub, biri həlak olub.

- 23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb.

- 2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub. Xəsarət alan olmayıb.

- 2014-cü il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub.

- 2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında- qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri tapılmayıb.

- 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər neftçi itkin düşüb, 32 nəfəri isə xəsarət alıb.

- 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

-26- sentyabr 2016-cı ildə Günəşli” yatağının 19-cu özüldə 71 saylı quyuda quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib və yanğın hadisəsi baş verib. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

-2019-cu ilin yanvar ayında Neft Daşlarının 2 saylı mədəninin yeni təmir olunmuş 1926 saylı meydançasında yeni istifadəyə verilmiş 50 atm-lik yüksək təzyiqli qaz xətti partlayıb yanğın baş verib.Xəsarət alan olmayıb, Yanğın söndürülüb. Verilən məlumata görə yanğının səbəbi isə qaz xəttinin çəkilişində təzə boru əvəzində işlənmiş boruların istifadə olunması olub”.

Son xəbərlər
Bütün xəbərlər »