Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubad İbadoğlu: “Neft Fondu gələcək nəsillərə nə saxladığını açıqlamalı, hesabat verməlidir”

“Neft gəlirlərinin həddən artıq istifadəsi ona gətirib çıxarıb ki, son 3 ildə və növbəti 3 ildə iqtisadi artım yavaşıyıb və yavaşlayacaq”

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim, Müstəqil Tədqiqatlar Mərkəzinin prezidenti Qubad İbadoğlu “Neft Fondu gələcəyimizə nə saxlayır? Bakıda "Azərbaycanın gələcəyinə sərmayə: Müstəqil Rifah Fondlarının rolu" mövzusunda keçirilən konfransda səsləndirib.

“Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda neft gəlirlərinin idarə edilməsində 3 əsas problem var . Bunlardan biri dayanıqlılıq problemidir. Xərclənməyə daha çox üstünlük verilir, gələcək nəsillərə daha az pay saxlanılır. İkinci problem fondun xərcləmələrinin keyfiyyətli olmaması ilə bağlıdır. Burda korrupsiya elemenbtləri də yox deyil. Son təyinatdan yayınmalar müşahidə olunur. Üçüncü narahatlıq şəffaflıqla bağlıdır. İnformasioya sorğularımıza cavab verilməməsi bizi narahat edir. Vətəndaş cəmiyyətinin haqlı sualları cavabsız qalır. Əmlak və qızıl bazarlarında gizli fəaliyyət aparılır və bu barədə cəmiyytə məlumat verilmir. Ölkədə neft gəlirləri həddən artıq səviyyədə xərcələnib və xərclənmələr zamanı neft gəlirlərinin səviyyəsi və qiymət, israf arasında uyğunluq pozulub. Buna görə Azərbaycanı sonrakı 3 ildə də iqtisadi zəifləmə gözləyir. Bu gün mənim etdiyim işi neft fondu etməlidir, bu ay fondun 20 yaşı tamam olur. Neft Fondu bu 20 ildə ən az 20 dəfə nə qədər pul gəlməsi barədə hesabat verməliydi. Bu gəlirlərin gələcək nəsillər üçün necə istifadə olunacağı barədə danışılmalıydı.Biz vətəndaş cəmiytyətin təmsilçiləri olaraq bu fondun fəaliyyətinə işıq salmaq istəyirik, ona görə aparılan tədqiqatların nəticələrini açıqladıq.

Son 3 ildə növbəti 3 ildə iqtisadi artım yavaşıyıb və yavaşaıyacaq. Azərbaycan hökuməti sərmayələri artırmaqla hasitəlti sabitləşdrimək istəyir. Lakin bu problem özünü göstərəcək. Biz töcsiyələr hazırlayıb təqdim edəcəyik. Qarşı tərəf olaraq fondun nümayəndələrinin iştirakı arzuolunan idi, amma təmsilçilikdən çəkindilər. Biz rəsmi olaraq fonda rəsmi tövsiyələrimizi təqdim edəcəyik.Ümumilikdə ölkəyə 160 milyard dollar neft pulu gəlib. Bu böyük məbləğin üzərində səlahiyyətli olan fond əlbəttə ki, hesab t verməldiir

Qeyd edək ki, Dövlət Neft Fondu tədbirə dəvət alsa da iştirak etməyib. Rəsmi məlumatlarda isə deyilir ki, Dövlət Neft Fondu hazırda ölkənin iqtisadi-soisal həyatında birbaşa əsas maliyyə donoru kimi çıxış edir, büdcənin əsaslı xərclərində mühüm yer tutur, ancaq bununla yanaşı, fondun konsepsiyasında strateji məqsəd rezervlərin gələcək nəsillər üçün qorunub saxlanmasıdır. Ötən 20 ilə yaxın dövr ərzində Dövlət Neft Fondunun gəlirləri 160 milyard dollardan artıq olub. Həmin vəsaitlərin təxminən 2/3 hissəsi büdcəyə transfert olunub və hazırda Fondun rezervləri 45 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, ortamüddətli dövrdə Fondun büdcəyə transfertlərinin də azaldılması baş verəcək və bu amil DNF-nin rezervlərinin daha da artmasına səbəb olacaq. Eyni zamanda qarşıdakı illlərdə Fondun gəlirlərinin təxminən yarısını gələcək nəsillər üçün saxlamaq mümkün olacaq.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »