Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ səfiri: "Senatın qəbul etdiyi qətnamə dövlətin rəsmi mövqeyi deyil"

"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Amerika dövlətinin rəsmi mövqeyini əks etdirmir".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger jurnalistlərə açıqlama verərkən deyib.

"Qətnamə qanunverici orqanın sənədidir. Senat artıq bu məsələ ilə bağlı qərar qəbul edib. Biz bunu nəzərə almalıyıq", deyə səfir bildirib.

Səfir həmçinin ABŞ və Türkiyənin NATO çərçivəsində müttəfiq olduqlarını vurğulayıb: "Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".

Qeyd edək ki, ABŞ Senatı qondarma erməni soyqırımı adlı qətnamə layihəsini qəbul edib.

Qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.

Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »