Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın uydurma "erməni soyqırımı"nı tanımasına Türkiyədən reaksiya
xin-turkiye

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatının 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanımasına münasibət bildirib.

Türkiyə XİN layihənin qəbul edilməsini tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib: “Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”.

Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altın isə layihənin qəbulunu iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib. O, özünün “Twitter” hüsabında yazıb ki, qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə təhlükə yaradır: “Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik. Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik”. (apa)

Paylaş »
››› Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı
››› Seçici görüşə gələn deputatı biabır etdi - Video
››› Xristianlığı qəbul edən 5 türk xalqı - Fotolar
››› "Aztelekom" məhkəməyə verildi – Müştəriləri “oğurladığına” görə
››› Bir ailənin 3 üzvünün öldüyü qəza yerindən görüntülər - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »