Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxın saatlarda Amerikanın İrana cavabı bəlli olacaq” - Açıqlama

İran İnqilab Keşikçilərinin Qüds qüvvələri komandanı, nüfuzlu general Qasım Süleymaninin Trump-ın əmri ilə İraqda öldürülməsinə İranın cavab verdiyi ilə bağlı məlumatlar yayılıb.

Yayılan məlumata görə, İraqda İranla ABŞ üz-üzə gəliblər. Məlumatda bildirilib ki, ABŞ-ın İraqdakı bazalarına raket hücumu zamanı canlı itkilər olub. Amerika prezidenti Donal Tramp isə öz Tvitter hesabında "hər şey yaxşıdır" deyə açıqlama verib və gün ərzində çıxış edəcəyini bildirib.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər bildirib ki, bundan sonra hadisələrin gedişatı ABŞ-ın cavab addımından asılı olacaq.

Sülhəddin Əkbər Sülhəddin Əkbər

“İranla Amerika arasında yaşanan bu gərginlik yeni deyil. Trampın hakimiyyətə gəlməsindən və 2015-ci ildə imzalanmış beynəlxalq nüvə sazişindən ABŞ-ın bitrərəfli qaydada çıxmasından sonra gərginlik artmağa başlamışdır. Amerika dövlət katibinin açıqlmadığı kimi ABŞ-ın İrana qarşı üç mərhələli strategiyası var. Birinci mərhələ siyasi dipolamtik izoliyasiya mərhələsidir. İkincisi, iqtisadi sanksiyalar, üçüncüsü isə hərbi mərhələdir.

Görünür ki gərginlik üçüncü mərhələyə keçibdir. Bu problemin müzakirə mövzusu bu mərhələnin dərinliyi və genişliyi məsələsidir. Son atılan addım ABŞ-ın təhrikedici bir addım kimi dəyərləndirmək olar. İran da buna birbaşa cavabdehdir. İranın atdığı addımın ABŞ-ın addımına adekvat olub-olmayacağı da müzakirə oluna bilinər. İran ABŞ-a artıb hərbi cavab verdi. Amma nəticələr ilə bağlı məlumatlar ziddiyətlidir. İran tərəfinin yaydığı məlumata görə, ABŞ tərəfindən 80 nəfər həlak olub. Qarşı tərəfin verdiyi məlumata görə isə canlı itki olmayıb. Bundan sonra da hadisələrin yenidən nəzarət altına alınması ehtimalı da var. Bundan sonra hadisələrin gedişatı ABŞ-ın cavab addımından asılı olacaq. Amerika masanımı seçəcək, yoxsa hərb meydanınımı? Biz bu sualın cavabını yaxın günlərdə, bəlkə də saaatlarda görəcəyik”,-deyə Sülhəddin Əkbər bildirib.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »