Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski "Yeni Ukrayna" qurmaq istəyir: "Sübut edə bilərik"

Ukrayna prezidenti Vladimir Zelenski, gələcək Ukrayna üçün düsturun beş komponentini açıqlayıb.

Zelenskinin "Yeni vaxt" jurnalına verdiyi müsahibəsində sadaladığı komponentlər arasında sülh və demokratiya da var:

"Sülhsüz heç bir inkişafdan söz gedə bilməz. Biz sülhü öz şərtlərimiz çərçivəsində istəyirik. Yəni, ərazilərin və xalqımızın Ukraynaya qayıtması ilə. İkinci faktor hər kəs üçün məcburi olan təsirli qurumlar və şəffaf oyun qaydalarıdır. Bura korrupsiya üzərində qələbə və hamının qanun qarşısında bərabərliyi daxildir. Üçüncü faktor investisiya amilidir. Bunun üçün biznesin inkişafına maneələri və lazımsız qaydaları aradan qaldırmaq lazımdır".

Prezidentin sözlərinə görə, növbəti komponent keyfiyyətcə fərqli infrastrukturun yaradılmasıdır: "Bura tibb, təhsil, maliyyə, kommunal və rəqəmsal xidmətlər, enerji daxildir. Sonuncu faktor demokratiyadır. Deklorativ deyil, real olan demokratiya. Hansı ki, xalq hətta prezidentin verəcəyi qərarlara təsir göstərə biləcək. Hazırda Ukrayna qlobal liderliyə iddia edə bilməz. Lakin dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilə bilər. Mümkünsüzün mümkün ola biləcəyini sübut edə bilərik. Bunu dostlarımız və düşmənlərimizdən öncə özümüzə sübut etməliyik". (publika.az)

Son xəbərlər
Bütün xəbərlər »