Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Həsənli: “Heydər Əliyev Fondunun gördüyü işlərə kölgə salmaq yolverilməzdir”

“Hüquq müdafiəçisi Oqtay Güləliyevin bədbəxt hadisə nəticəsində düşdüyü ağır durum bu gün hər kəsi narahat edir və hamı onun tezliklə sağlığına qovuşmasını arzu edir”.

Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Emin Həsənli bildirib ki, Gülalıyüvin səhhəti ilə bağlı xəbərlər hər bir vətəndaş, xüsusilə ölkənin ictimai həyatında fəaliyyət göstərən bir şəxs kimi onu da narahat edir.

“Eyni zamanda, Oqtay Güləliyev xəsarət aldığı ilk günlərdən məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. İndiyə qədər bütün lazımi prosedurlar Fondun nəzarəti və dəstəyi ilə həyata keçirilir. Bu gün də bu diqqət davam edir. Amma hələ ki, Oqtay Güləliyev aldığı zədənin ağırlığı səbəbindən səhhətində, təəssüf ki, dönüş yoxdur”.

E.Həsənli bu məsələ ilə bağlı bəzi dairələrin sosial şəbəkələrdə yaydıqları qeyri-dəqiq və qərəzli məlumatlara münasibət bildirib: “Hər şeyə qara yaxmağa öyrəşmiş bəzi qüvvələr bir insanın düşdüyü acı durumdan da siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Əvvəl Oqtay Gülalıyevin avtoqəza nəticəsində xəsarət almasını “hakimiyyətin sifarişi” adlandırdılar. Sonra hadisənin təfərrüatları, videogörüntülər ortaya çıxanda bu əsassız iddiaları başqa iddialar əvəz etdi. Bu dairələrin insan faciələri üzərindən siyasi dividend əldə etmək cəhdləri hər zaman olub. İndi də Heydər Əliyev Fondunun guya Oqtay Gülalıyevin müalicəsi prosesindən çəkilməsi haqda iddia ortaya atılıb. Ancaq bu yalanın da ömrü uzun çəkmədi. Cənab Prezidentin köməkçisi, hörmətli Anar Ələkbərovun məsələyə anında müdaxiləsi, hüquqşünas Aslan İsmayılova telefon açaraq verdiyi məlumatlar Fondun adına söylənən yalanları bir anda puç etdi”.

Şura üzvü bütövlükdə Heydər Əliyev Fondunun fəaliyyətində insanlıq, humanizm prinsiplərinin hər zaman prioritet olduğunu deyib: “İctimai, siyasi mənsubiyyətindən, hakimiyyətlə məsafəsindən, hakimiyyətə münasibətindən asılı olmayaraq, ehtiyac yarandığı vaxtlarda hər kəsə operativ və effektiv dəstəyini əsirgəməyib. Fondun fəaliyyətindən bu mövzuda çoxsaylı örnəklər mövcuddur.

Ümumiyyətlə Heydər Əliyev Fondunun təhsil, səhiyyə , idman, mədəniyyət və s. həyatın bütün sahələrində ölkəmiz və xalqımız üçün dəyərli işləri danılmazdır. Bu sırada Qarabağ əlillərinə, şəhid ailələrinə və aztəminatlı insanlara Fond tərəfindən göstərilən diqqət və qayğını qeyd etmək yerinə düşər. Fondun indiyədək 10 mindən artıq insanın müalicəsini öz üzərinə götürməsi isə qürurverici bir məqamdır”.

Emin Həsənli bəzi qərəzli qüvvələrin insan faciəsi üzərindən bu cür məkrli məqsədlərlə xal qazanmaq cəhdini pisləyib və bunu yolverilməz olduğunu qeyd edib. (lent.az)

Son xəbərlər
Bütün xəbərlər »