Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YAP müstəqil namizədlərdən namizədliyini geri götürməyi tələb edir

“YAP gəncləşmənin tərəfdarıdır, amma partiyanınm bütün deputat korpusu ancaq gənclərdən ibarət olmayacaq. Biz yalnız indi deyil, hər bir seçkidə namizədlərimizin gəncləşməsi məsələsinə diqqət yetiririk. Bütün yaş və sosial qruplardan bizim namizədlərimiz olacaq”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə səsləndirib.

Aydın Mirzəzadə Aydın Mirzəzadə

Aydın Mirzəzadə qeyd edib ki, hələlik parlament seçkilərində namizədliyini irəli sürməyib, bu partiyanın qərarından asılı olan bir məslədir. Eyni zamanda o partiya daxilində seçkiyə qatılmaqla bağlı ciddi intizamın olduğunu vurğulayaraq, müstəqil namizədlərə üstünlük verilmədiyini və dəstəklənməyəcəyini bəyan edib.

“Ancaq partiyanın rəsmən irəli sürdüyü namizədlər dəstəklənir. Müstəqil şəkildə namizədliyini irəli sürən partiya üzvləri ilə də söhbət edilir və onlardan namizədliyini geri götürmək, yaxud partiya ilə vidalaşmaq təklif olunur. Kimsə partiyanın qərarını vacib hesab etməyib, namizədliyini irəli sürəcəksə, o zaman biz həmin şəxslərlə intizam qaydaları barəsində söhbət edəcəyik. Çünki biz resurslarımızın və tərəfdarlarımızın parçalanmasını istəmirik”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »