Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas: "Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin vəzifəsi seçkilərdən sonra başa çatır"

Xəbər verdiyimiz kimi YAP-ın "məşhur" deputatı Siyavuş Novruzov Milli Məclisdə olmayacaq; ya icra strukturlarında yeni vəzifə alacaq, ya da YAP icra katibinin müavini olaraq qalmaqla kifayətlənməsi lazım olacaq . Hakim partiya artıq səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısını təqdim etdi. Siyahıda gözəgörünən məqam Siyavuş Dünyamalı oğlu Novruzovun Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsidir.

Bəs seçkidə namizədləri ilə iştirak edən siyasi partiyanın səlahiyyətli nümayəndəsi və maliyyə nümayəndəsi özü də seçkidə namizəd ola bilərmi? Bizimyol.info-nun bu sualını hüquqşünas Ələsgər Məmmədli cavablandırır.

Ələsgər Məmmədli Ələsgər Məmmədli

“Seçkilərdə bir nəfərin iki funksiyanı icra eləməsi düzgün deyil.Həm namizəd , həm də nümayəndə olmaq mümkün deyil. Bu kampaniyanın keçirilməsində məqsəd namizədin deputat seçilməsini dəstəkləməkdən ibarətdir. Səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə nümayəndənin seçkilərə qatılıb deputat seçilməsi mümkün deyil. Səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin vəzifəsi seçkilərdən sonra başa çatır”- deyə o bildirib.

YAP-ın mətbuat katibi Hüseyn Paşayev isə başqa cür fikir bildirib. O qeyd edib ki, Siyavuş Novruzov ilk dəfə deyil ki, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunur:

“Siyavuş Novruzov həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub. Qanunla məsələ bu cür tənzimlənir”.

Mətbuat katibi Siyavuş Novruzovun YAP tərəfindən deputatlığa namizədliyinin verilib-verilməməsi barədə məlumatlı olmadığını söyləyib.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »