Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Faiq Ağayev, Elşad Abdullayev Milli Ensiklopediyada

Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən Azərbaycan Milli Ensiklopediyasının birinci cildində maraqlı adlara rast gəlinir.

Bizimyol.info xəbər verir ki, onlardan biri 2010-cü ildə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, siyasi mühacir Elşad Abdullayevdir. Ensiklopediyanın 29-cu səhifəsində onun haqqında məlumat verilsə də, fotoşəkili dərc olunmayıb. E.Abdullayevin 200-ə qədər elmi əsərin müəllifi olduğu qeyd olunub.

Kitabın 166-cı səhifəsində xalq artisti Ağadadaş Ağayevin şəkili dərc olunmaqla haqqında məlumat verilib. Məlumatda bildirilib ki, A.Ağayev 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1994-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitini bitirib.

Ensiklopediyanın 169-cu səhifəsində isə xalq artisti Faiq Ağayevin şəkli dərc olunmaqla haqqında məlumat verilib. Məlumatda qeyd olunub ki, o, 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. AZTV-nin solistidir.

2009-cu ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində nəşr olunan Azərbaycan Milli Ensiklopediyasının birinci cildi 608 səhifədən ibarətdir.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »