Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qulu Məhərrəmli Suriyaya apara bilmədiyi “Nəsimi barelyefi”ni muzeyə verib - Foto

AMEA-nın N.Gəncəvi adına milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilmiş ekspoziya daha bir qiymətli eksponat hesabına zənginləşib. Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulmuş barelyef də bu ekspozisiyaya daxil edilib.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

Bu barədə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib. O, əlavə edib ki, həmin qiymətli sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.

Nəsimi barelyefi

Professor Qulu Məhərrəmli bildirib ki, hələ 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət edərkən şairin dəfn edildiyi ərazidə onun kimiliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyi üçün bu məsələni Suriya və Azərbaycanın dövlət orqanları qarşısında qaldırıb. Çoxsaylı müraciətlərin konkret nəticə vermədiyini görən telejurnalist, Nəsimi barelyefini öz hesabına hazırlatdırmağa qərar verib və bu nəcib işi heykəltəraş Natiq Əliyevlə birlikdə tədricən reallaşdırıblar. Lakin bir çox səbəblərdən həmin barelyefi Hələbə aparmaq mümkün olmayıb. Buna görə də qiymətli sənət əsərini Ədəbiyyat muzeyinə bağışlamaq məqsədəuyğun sayılıb.

Nəsimi barelyefi

Akakdemik R.Hüseynov jurnalist Qulu Məhərrəmlinin bu addımını ləyaqətli vətəndaş davranışı kimi qiymətləndirib.(modern.az )

Son xəbərlər
Bütün xəbərlər »