Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əmlakımı sığortalamaq istəmirlər" deyən mal sahiblərinə cavab

Hər dəfə yanğınlar baş verəndə əmlak sığortası məsələsi gündəmə gəlir və sonra unudulur.

Bakının iri tikinti materialları bazarındakı genişmiqyaslı yanğının əks sədası hələ unudulmayıb.

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Yanğınla bağlı müxtəlif ehtimallar sələndirildi,Ş siyasi don geyidirənlər də oldu, yol çəkilməsi ilə əlaqələndirənlər də. Bunların hamısı bir kənara. Orda işləyən sadə zəhmətkeşlərin olan – qalanını itirməsi isə o deməkdir ki, o sadə camaatın nə seçkiyə dəxli var, nə də yol çəkilərsə mülk sahibinin qazanıb- itirəcəklərinə. Bu obyektdəki dükan sahibləri o mağazaların sadəcə kirayəçilərdirlər və qurunun oduna yaş olaraq yanıblar.Adının çəkilməsini istəməyən mal sahiblərindən biri Bizimyol.info saytına bildirib ki, mülk sahibləri onların öz mağazalarını sığortalatmasına imkan verməyib bunu qadağan edib.

Məsələyə sığorta üzrə ekspert Xəyal Məmmədxanlıdan aydınlıq gətirməsini istədik. Kİmsə sığorta edilməsinə qadağa tətbiq edə bilərmi?

Xəyal Məmmədxanlı Xəyal Məmmədxanlı

“Sizə verilən məlumatda yanlışlıq var. Sığortanı qadağan etdirə bilməzlər , qanun buna yol vermir, sadəcə sığorta şirkəti sığortalamaqdan imtina edə bilər. Bunun da öz səbəbləri var. Bəzi sahibkarlar istəyirlər mağazalarını, obyektlərini sığorta etdirsinlər. Amma şirkət sığorta etmir. Səbəb sadədir. Anbara vurulmuş malın real dəyəri sənədddə göstərilən dəyərlə üst –üstə düşmür. Vergidən yayınmaq məqsədilə. Sığorta şirkəti hadisə baş verəndə bu sənədlər əsasında ödəmələr həyata keçirir.

Mal sahibi vergidən yayınmaq üçün anbardakı malın dəyəri barədə düzgün məlumat vermir. Sabah hadisə baş versə sığorta şirkəti anbarda nə qədər mal olduğunu bilməlidir. Yanğın olanda deyir 100 minlik mal var. Amma vergilərə 5 min manatlıq mal göstərib. Ona görə də problem yaranır, sığorta şirkəti rəsmi qeyd edilməmiş malları sığortalamaq istəmir”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »