Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsa Qəmbər: “Mən siyasətdən ayrılmamışdım”

Məlum olduğu kimi 9 fevral 2020-ci il Azərbaycanda növbədənkənar parlament seçkiləri günüdür. Seçkilərdə iştirak edəcək partiyalardan biri də Müsavat Partiyasıdır. Növbədənkənar parlament seçkiləri və Müsavatın iştirakı barədə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Eurasia Diary-ə eksklüziv müsahibə verib Həmin müsahibəni təqdim edirik:

- Növbədənkənar parlament seçkilərində Müsavat Partiyası iştirak edəcək. Bu seçkilərdən gözləntiləriniz nədir? Müsavat uğurlu olacaqmı, sizcə, neçə mandat əldə edə bilər?

- Əslində biz Müsavat Partiyasi olaraq seçki institutunu xilas etmək, yaşatmaq istəyirik. Seçkilərdə də məhz buna görə iştirak etmək əzmindəyik. Bizim üçün əsas məsələ mandatlar və onların sayı deyil, xalqın seçdiyi insanların millət vəkili olaraq ölkəmizə, insanlarımıza xidmət etməsidir. Mən Müsavat namizədlərini tanıyıram və normal seçkidə onların əksəriyyətinin qalib gələ biləcəyinə inanıram. Lakin siyasi sistemin mahiyyətinə bələd olduğumuz üçün deyə bilərəm ki, qalib gəlmiş müsavatçılardan neçəsinin qələbəsinin tanınması hakimiyyətin intellektindən asılıdır. Hakimiyyətin İQ göstəricisi nə qədərdirsə bir o qədər qalib müsavatçının qələbəsi tanınacaq.

- Müsavat partiyası başqanı Arif Hacılıya müxalif olan şəxslər parlament seçkilərində Müsavatın namizədləri sırasında yer ala biləcəkmi?

- Müsavat Partiyasında qərarlar, o cümlədən seçkilərdə iştirak üçün seçilən namizədlərin kimliyi kollegial qaydada qəbul edilir.

- Müxalifət partiyalarının birləşərək seçkilərə blok halında qatılması sizcə, müxalifət üçün daha uğurlu olmazdımı?

- Müsavat Partiyası rəhbərliyi bütün gerçək müxalifət qurumlarına dəfələrlə təklif və israr etdi ki, bütün aparıcı qüvvələr birgə hərəkət etsinlər. Bu təklifi əksər qüvvələr qəbul etsə də tam birlik alınmadı. Hər bir qüvvənin və fərdin müstəqil qərar hüququna hörmətlə yanaşmalıyıq.

- Bu seçkiləri sizin üçün siyasi arenaya böyük qayıdış kimi şərh edilir, sözügedən qayıdış səhhətinizə necə təsir edəcək? Bilirik ki, sağlamlığınızda müəyyən problemlər var...

- Mən siyasətdən ayrılmamışdım ki, indi də dönüşümdən danışılsın. Səhhətim isə qaydasındadır.(yenisabah.az)

Son xəbərlər
Bütün xəbərlər »