Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər

Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda həkimlər qolu sınmış azyaşlını müalicə etməməmiş evlərinə göndəriblər.

On yaşlı dördüncü sinif şagirdi Arda Gökər məktəb divarının üstündən tullananda qolunu sındırıb.

“Haber Global”ın məlumatına görə, təcili yardımla xəstəxanaya çatdırılan şagirdin qoluna sadəcə krem çəkilərək evinə göndərilib.

Arda Gökər - Qolu sınmış uşaq

Gecə səhərə qədər yata bilməyib, ağlayan uşağı səhər yenidən valideynləri həkimə gətirib, onun qolunun üç yerdən sındığı və əməliyyat olunacağı məlum olub.

Əməliyyatdan sonra üç ay müalicəsi davam edəcək uşağın şikəst qala bilmə ehtimalı var.

Həkim səhlənkarlığına görə valideynlər şikayətçi olublar.

Xəstəxananın baş həkimi İlkər Halvacı onların şikayətinə əsasən, araşdırma aparılacağını bildirib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »