Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə nümayəndələri açıqlanıb.

Bizimyol.info xəbər verir ki, səlahiyyətli nümayəndələr arasında baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov var. YAP-ın seçkilərdəki maliyyə nümayəndəsi isə YAP icra katibinin müavini Siyavuş Novruzovdur. Burda maraqlı olan odur ki, Əli Əhmədovun yeni tərkibdə Mili Məclisin sədri olacağı haqqında proqnozlar verilirdi. Ancaq bu siyahıdan məlum olur ki, Əli Əhmədov parlament seçkilərinə qatılmayacaq. Yəni onun MM sədri olması məsləhət bilinməyib.

Əli Əhmədov Əli Əhmədov

Eyni zamanda və daha maraqlısı: YAP-ın "məşhur" deputatı Siyavuş Novruzov Milli Məclisdə olmayacaq; ya icra strukturlarında yeni vəzifə alacaq, ya da YAP icra katibinin müavini olaraq qalmaqla kifayətlənməsi lazım olacaq. Bu, Milli Məclisdə iqtidarın rəqiblərə sərt və bir çox hallarda təhqiramiz ritorikadan imtinanın ilkin əlaməti ola bilər.

Siyavuş Novruzov Siyavuş Novruzov

Xatırladaq ki, 2020-ci il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. YAP-la yanaşı Müsavat, ReAl, Ümid partiyaları da seçkilərdə iştirak edəcək. Ölkənin əsas müxalifət qüvvəsi olan Milli Şura, onun özəyini təşkil edən AXCP bu seçkilərdə iştirakdan imtina edib. Bunu ölkədə demokratik seçkilər üçün şəraitin olmaması ilə əsaslandırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »