Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da 36 il əvvəl butulkada göndərilmiş məktub tapılıb

ABŞ sakini Coşua Mendes Massaçusetsdə Keyp-Kodu çimərliyində gəzişərkən 36 il əvvəl göndərilmiş məktubun olduğu butulkanı tapıb.

Bu barədə “Bangor Daily News” bildirib.

Coşua bildirib ki, quma demək olar, tamamilə batmış şüşə butulkanı təsadüfən görüb. O, butulkanın içində 11 yaşlı Cenni Braun adlı qızın 4 may 1983-cü il Consport (Men ştatı) şəhərindən göndərdiyi məktubunu aşkarlayıb. Qız məktubu tapan şəxsdən ona cavab yazmağı xahiş edərək öz ünvanını da qeyd edib.

Mendes 73 yaşlı atası Polla birlikdə Cennini tapmağa qərar veriblər. Bununla yanaşı, onlar qızın bu qədər uzun müddət sonra hələ də həmin ünvanda yaşamasına inanmayıblar. Buna baxmayaraq ata və oğul bununla bağlı sosial şəbəkələrdə elan veriblər. Şərhlərdən birində onların statusuna Keti Mari Braun adlı qız cavab verib. O, məktubun bacısı tərəfindən göndərildiyini təsdiqləyib. Keti Mari bildirib ki, bacısı indiyə qədər Consportda yaşayır.(report)

Son xəbərlər
Bütün xəbərlər »