Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir
Rafael Cəfərov - bələdiyyə sədri

Azərbaycanda elan edilmiş növbədənkənar parlament seçkiləri bir neçə gün sonra-dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini kölgədə qoyub. Lakin ictimaiyyətin yeni parlamentin mümkün gələcək tərkibini müzakirə etdiyi bir vaxtda Bakıda bir ailə var ki, bütün diqqətini bələdiyyə seçkilərinə yönəldib və həmin seçkilərə hazırlaşmaqdadır. Üstəlik bütün ailə üzvləri ilə birlikdə, əsaslı şəkildə...

Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ “ailə bələdiyyəsinə” çevrilə bilər.

Rafael Cəfərov - bələdiyyə sədri

Beləliklə, üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafel Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu qeydə alınıb. Yəni Rafael Cəfərov öz rəqiblərinə heç bir şans buraxmır. Namizədlər siyahısında hara baxsan ancaq Cəfərovları görərsən...

virtualaz.org

Paylaş »
››› Azərbaycanın “Məhəmmədi” kəndinin rüsvayçı problemləri Türkiyə televiziyasında - Video
››› TƏBİB-dən AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı açıqlama
››› Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb
››› Siyavuş Novruzov: “Prezidentə dedi ki, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır”
››› Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub
Son xəbərlər
Bütün xəbərlər »