Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mayk Pompeo: "Liviyada münaqişənin həllində Rusiya ilə birgə çalışmaqda maraqlıyıq"

ABŞ Liviyadakı münaqişənin həlli üçün Rusiya ilə birgə çalışmaqda maraqlıdır.

Bu barədə mətbuat konfransı zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

O, ötən gün rusiyalı həmkarı Sergey Lavrovla Liviyaya dair silah embarqosu barədə söhbət etdiklərini də diqqətə çatdırıb.

Dövlət katibi həmçinin ötən ay ABŞ-a məxsus pilotsuz uçuş aparatının yoxa çıxmasına dair şərh vermək istəməyib.

Xatırladaq ki, ABŞ bu dronun əslində Rusiya hava müdafiə qüvvələri tərəfindən vurulduğu qənaətindədir. Vaşinqton dronun qalıqlarını təhvil vermək tələbini irəli sürüb. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »