Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xətalı çap olunan türk pulunu inanılmaz qiymətə satır - Video

Türkiyədə 50-lik lirəni inanılmaz qiymətə satırlar. Bu əsginas üçün 50 min lirə istəyirlər.

Bizimyol.info xəbər verir ki, əsginasın baha satılmasının səbəbi xətalı çap olunmasıdır.

Pulun sağ yuxarı hissəsində “5”-in bir hissəsi, “0”-ın isə tamamı düşməyib. Kahramanmaraş şəhərində yaşayan kiçik sahibkar Eshabil Nalbantbaşı pulu görən kimi banka yaxınlaşıb. Əsginasın saxta olmadığı üzə çıxıb. İstənilən terminalda ödəniş etmək də mümkündür. Amma Nalbantbaşı fürsəti dəyərləndirmək qərarına gəlib. O, əsginası kolleksiyaçılara təklif edib. Sahibkar hesab edir ki, belə nadir nümunə üçün 50 min lirə çox deyil. Çünki Türkiyədə ondan başqa heç kimdə belə xətalı pul yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »