Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məmur Ermənistanın baş nazirini məhkəməyə verib
2018-05-01_211056

Ermənistanın təbiəti mühafizə və təbii ehtiyatlar üzrə təftiş orqanının rəis müavini İqor Sarkisyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Bu barədə “Dataleks” məhkəmə-informasiya sistemi məlumat verib.

Bildirilib ki, Sarkisyan işdən çıxarılması barədə baş nazirin qərarının etibarsız sayılmasını tələb edib. Bununla da keçmiş məmur vəzifəsinə bərpa olunmağı istəyir.

Məlumata görə, Nikol Paşinyan oktyabrın 23-də Sarkisyanı tutduğu vəzifədən azad edib. Onunla birlikdə qurumun digər rəis müavini Armen Akopyan da tutduğu vəzifədən uzaqlaşdırılıb.

İqor Sarkisyanın işdən azad edilməsi ilə bağlı rəsmi məlumat yayılmayıb. Ancaq KİV-in araşdırmasına əsasən, onun işdən uzaqlaşdırılması Ermənistandakı Amulsar qızıl yatağı ilə bağlı mövcud problemlə bağlıdır.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan baş müşavirləri Arsen Qasparyan və Aram Qaribyan, eləcə də müşaviri Mqer Saakyanı da vəzifədən azad edib. (Report.az)

Paylaş »
››› Gəncədə polislə qarşıdurmanın görüntüləri yayımlandı - Video
››› ABŞ İranın raket hücumu nəticəsində xəsarət alan hərbçilərin sayını açıqladı
››› Vilayət Eyvazov Kamran Əliyevlə bağlı əmr imzaladı
››› Putin Kadırova Rusiyada yüksək vəzifə təklif edib
››› Bakı metrosundan şad xəbər

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »