Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Boeing"in tədarükü 2 dəfə azalıb

Bu ilin yanvar-noyabr aylarında ABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud təxminən 2 dəfə az, onun Avropadan olan rəqibi "Airbus" şirkətinin təyyarə tədarükünün isə yarısı qədərdir.

Xatırladaq ki, "Boeing"in "737 Max" tipli təyyarələrində yaşanan qəzalardan sonra ABŞ-ın Federal Aviasiya Administrasiyası analoji təyyarələrin uçuş icazəsini ləğv edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »