Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK sədrindən yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı açıqlama

"Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq".

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb: “Həmin şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin ediləcək. Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »