Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Bakı Lift -2”nin sabiq rəisi məhkəmə qarşısında
cekicmehkemeesasjpg-20-14-56

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Bakı Lift -2” İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İstintaq materiallarına görə, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. Ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən R.Dilanov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib və günahsız olduğunu deyib.

İş üzrə zərərçəkmiş qismində “Bakı Lift Təmir” İstehsalat Birliyi tanınıb.(virtualaz.org)

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »