Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsinin sədri Qətərin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Dekabrın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Səfiri yeni təyinatı münasibətilə təbrik edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və Qətər arasında əməkdaşlıqdan bəhs edib, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

Səfər Mehdiyev Azərbaycan ilə Qətər arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yaralanmağın vacibliyini diqqətə çatdırıb.

Daha sonra hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərinə toxunan Komitə sədri gömrük işinin təşkili istiqamətində əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

DGK sədri gələcəkdə imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Hökuməti ilə Qətər Dövlətinin Hökuməti arasında gömrük qanunvericiliyinin optimal tətbiqi və gömrük hüquqpozmalarının aradan qaldırılması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılmasına dair qarşılıqlı inzibati yardım haqqında Saziş” iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyi və tərəflərin inteqrasiyasını sürətləndirəcəyi vurğulanıb.

Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə qurulan səmərəli və işgüzar münasibətlərdən məmnunluqla söhbət açıb. Səfir Azərbaycanda ticarət-investisiya mühitinin cəlbedici olduğunu və qətərli iş adamlarının bu imkanlardan yararlanmasının vacibliyini diqqətə çatdırıb, eyni zamanda iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »