Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İstintaq altında olan şəxslər özlərinə xəsarət yetiriblər
hebs

Bakıda cinayət törətdiklərinə görə saxlanılan gənclər damarlarını kəsiblər.

Bu barədə hüquq-mühafizə orqanları məlumat verib.

Hadisə dekabrın 10-da, saat 01:55-də Nizami Rayon Polis İdarəsinin müvəqqəti təcridxanasında baş verib. Cinayəti törətməkdə günahlandırılan 1993-cü il təvəllüdlü Elvin Səfərov və Emil Quliyev hadisə baş verən təcridxanaya, hazırda tikinti-təmir işlərinin aparıldığı Suraxanı Rayon Polis İdarəsindən gətiriliblər.

İstintaq altında olan şəxslər fürsətdən istifadə edərək ülgüclə damarlarını kəsiblər. Bu addımla cinayəti törətməkdə şübhəli bilinən şəxslər onlara qarşı irəli sürülən ittihamlara etiraz etməyi düşünüblər.

Zərərçəkənlərə zamanında tibbi yardım göstərilib. Onlar 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alandan sonra yenidən saxlanıldıqları kameralara qaytarılıblar.

Məlum olub ki, saxlanılanlardan Elvin Səfərov oğurluq və qarətdə ittiham edilir. Təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf etsə də, məsuliyyət daşımaqdan boyun qaçırıb, baxmayaraq ki, istintaq E.Səfərova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə bütün sübutlara malikdir.

Saxlanılan digər şəxs isə təhdid yolu ilə pul əldə etməkdə ittiham olunur. Quba rayon sakini Emin Quliyev ailəli qadınla yaxın münasibətlərə daxil olaraq bir müddətdən sonra onun ərinə bu haqda xəbər edəcəyi ilə hədələyib.

Zərərçəkənin Emin Quliyevlə son görüşü üzündə siqaret söndürmək xəsarəti ilə nəticələnib.

Zorakılığın tətbiqi ilə əlaqədar istintaq, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddələri ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası irəli sürüb.

İstintaq daha əvvəl Emin Quliyevi üç ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 182.1-ci maddəsini irəli sürmüşdü.

Hazırda baş verən hadisə ilə əlaqədar istintaq araşdırmaları davam etdirilir.(oxu.az)

Paylaş »
››› Gəncədə polislə qarşıdurmanın görüntüləri yayımlandı - Video
››› ABŞ İranın raket hücumu nəticəsində xəsarət alan hərbçilərin sayını açıqladı
››› Vilayət Eyvazov Kamran Əliyevlə bağlı əmr imzaladı
››› Putin Kadırova Rusiyada yüksək vəzifə təklif edib
››› Bakıda supermarketdə 12 tondan çox saxta yağ aşkarlandı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »